“Opel” və “07” toqquşdu: 8 yaralı - VİDEO

Paytaxtın Yasamal rayonu ərazisində 8 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Avtosfer.az-ın APA-a istinadən verdiyi məlumata görə, hadisə Tbilisi prospektində Nəqliyyat Nazirliyinin yanında qeydə alınıb. Prospektlə “20 Yanvar” dairəsi istiqamətində yüksək sürətlə hərəkətdə olan "Opel" markalı avtomobil qəflətən yoldan çıxaraq iki yol arasındakı dirəyə çırpılıb. Daha sonra isə, qarşı yola keçərək "VAZ 2107" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 8 nəfər: 50 yaşlı Hümbət Hüseynov, 29 yaşlı Elməddin Şabanov, 30 yaşlı Sərhət Nəbiyev, 27 yaşlı Rəvan Əbilov, 24 yaşlı İlham Həsənov, 28 yaşlı Zaur İsmayılov, 33 yaşlı Tehran Baqişov və şəxsiyyəti hələlik məlum olmayan bir nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Onlardan 3-ü reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları gəliblər, müvafiq ekspertizalar təyin olunub. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












