Paytaxtda ağır qəza: Yaralananlar var - VİDEO - YENİLƏNİB

Pirallahı-Bakı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə ilə bağlı açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis mayoru Fuad Sultanov bildirib ki, qəza nəticəsində bir nəfər xəsarət alıb:
“Hadisə bu gün səhər saatlarında Pirallahı yolunda qeydə alınıb. Məlumat daxil olan kimi əraziyə DYP əməkdaşları cəlb ediliblər. “Ford Transit” markalı avtomobillə “Hyundai” markalı avtomobilin yol ayrıcında bir birinə yol verməməsi səbəbindən toqquşma baş verib. Hadisə yerində bir nəfər “Hyundai” markalı avtomobilin sürücüsü xəsarət alıb. Yerindəcə ona ilk tibbi yardım göstərilib və sərbəst buraxılıb. Ölüm halı qeydə alınmayıb”.
***
Pirallahı-Bakı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisədən sonra şahidlər tərəfindən lentə alınan görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Kadrlardan aydın olur ki, “Ford Transit” markalı avtomobil qəza nəticəsində tamamilə yararsız hala düşüb.
Şahidlərin iddialarına görə, dəhşətli qəzada yaralananlar var.
Görüntüləri təqdim edirik:
(oxu.az)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












