Piyada qadını vurub qaçan sürücünü siz də tanıyın – FOTOLAR

Bakıdapiyadanı vuraraqqaçansürücü saxlanılıb. APA-nın məlumatına görə, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri zamanı ötən gün Novxanı qəsəbəsində Abbasova Rəvanə Aydın qızını vuraraq qaçan sürücü İsmayılov Ələkbər Salman oğlu saxlanılaraq istintaqa təhvil verilib. Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, Ələkbər İsmayılov "10 GG 012" dövlət nömrə nişanlı "Toyota" markalı avtomobili yüksək sürətlə idarə edib. O, yolun əks istiqamətində piyada keçidi vasitəsi ilə yolu keçmək istəyən Lerik rayon sakini Abbasova Rəvanə Aydın qızını vuraraq hadisə yerindən qaçıb. Piyada aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hadisə şahidlərindən alınan ilkin ifadə zamanı sürücünün Binəqədi qəsəbəsi istiqamətində hərəkət etdiyi müəyyən olunub. Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan sürücü Ələkbər İsmayılov hadisə yerindən qaçmağını qorxaraq şok vəziyyətə düşdüyü ilə əsaslandırıb. Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO














