Piyadanı öldürən sürücü həbs edildi

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törədərək hadisə yerindən qaçan sürücü həbs edilib. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı şəhər Prokurorluğundan məlumat verilib. Məlumata görə, martın 2-də saat 00:40 radələrində rayonun Tibilisi prospektində naməlum avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq piyada 1956-cı il təvəllüdlü İsmayılov Əvəz Rəhim oğlunu vurub hadisə yerindən qaçıb. Əvəz İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb. Həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin “Daewo Gentra” markalı AZ 99-AE-083 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1980-ci il təvəllüdlü Rəcəbov Pərviz Bəhruz oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından, o, tutularaq istintaqa cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Nurlan
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












