Polis əməkdaşları axtarışda olan 8 nəfəri tapdı

İyunun 1-də və 2-də polis itkin düşmüş kimi axtarışda olan səkkiz nəfəri tapıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 1-də Siyəzən rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 23 yaşlı qız, mayın 7-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 27 yaşlı oğlan, mayın 24-də Sumqayıt şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 36 yaşlı kişi, mayın 28-də Yasamal rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 45 yaşlı kişi, mayın 30-da Yasamal rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 19 yaşlı qız, mayın 30-da Ağdam rayonunun Quzanlı kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 13 yaşlı qız, mayın 31-də Xəzər rayonu Binə qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 14 yaşlı qız, iyunun 1-də Masallı rayonunun Çaxırlı kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 16 yaşlı qız tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Bilgəhdə faciəli QƏZA: Sürücü və sərnişin öldülər
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO












