Banner

Yük qatarlarından 22 milyon dollarlıq oğurluq: Qeyri-adi qarət sxemi - VİDEO

Xəbərlər 20 Noyabr 2026 20:17
Yük qatarlarından 22 milyon dollarlıq oğurluq: Qeyri-adi qarət sxemi  - VİDEO
WhatsApp kanalımıza abunə olun

ABŞ-nin Cənubi Kaliforniya ştatında federal prokurorluq yük qatarlarından kütləvi oğurluq hadisələri ilə bağlı 14 nəfər barəsində ittiham irəli sürüb.

Avtosfer.az "RİA Novosti"yə istinadən xəbər verir ki, qrup üzvləri iki il ərzində ümumi məbləği 22 milyon ABŞ dollarını aşan idman ayaqqabıları, "Milwaukee" alətləri, "JBL" avadanlıqları və digər məhsulları ələ keçiriblər.

İstintaq materiallarına əsasən, cinayətkar şəbəkəyə Şərqi Los-Ancelesdən olan 21 yaşlı Natan Endcel başçılıq edib. İttiham olunan şəxslər siyahısında onun atası və iki əmisinin də adı keçir.

Dəstə üzvləri içərisində bahalı mallar olan qatarları müəyyənləşdirdikdən sonra əyləc sisteminin hava şlanqlarını kəsərək onları saxlayıblar. Qatar yolda dayandığı müddətdə mallar yük maşınlarına və furqonlara daşınıb, oradan da xüsusi yerlərə aparılıb. Ələ keçirilən əşyaları isə vasitəçilər satıblar.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, təkcə bir firma bir neçə ay içində oğurlanmış ayaqqabılar və digər əşyalar üçün təqribən 1.08 milyon dollar vəsait ödəyib.

Şəbəkə iştirakçıları əldə etdikləri malların və pul dəstlərinin şəkillərini də sosial şəbəkələrdə paylaşıblar. Onlar öz aralarında əlaqə saxlamaq və fəaliyyətlərini tənzimləmək üçün "Instagram" platformasında yaradılmış "Los Trenes" adlı qrup çatından yararlanıblar.

Prokurorluğun bildirdiyinə görə, qeyri-qanuni fəaliyyət sxemi 2024-cü ilin fevralından 2026-cı ilin avqustuna kimi davam edib. İttiham olunan 14 nəfərdən 13-ü artıq həbs edilib. Məhkəmə tərəfindən təqsirli bilindikləri təqdirdə, onları ayrı-ayrı maddələr üzrə ömürlük azadlıqdan məhrumetmə də daxil olmaqla, uzunmüddətli həbs cəzaları gözləyir.

Oxunub : 64
ŞƏRH YAZ
Ad

E-mail

Şərh