Polisin törətdiyi ağır qəzada ata-bala öldü, yaralı var – FOTO

Göygöl rayonu ərazisində - Gəncə-Toğana avtomobil yolunun 11-ci kilometrliyində ağır yol nəqliyyat qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə hadisə martın 7-də saat 19 radələrində rayonun Aşıqlı kəndi yaxınlığında baş verib. “Niva” markalı avtomobillə “Toyota” markalı avtomobil toqquşub. Qəza zamanı “Niva”nın sürücüsü, hələlik kimliyi məlum olmayan şəxs hadisə yerində ölüb. Qəza yerinə gələn FHN-nin xilasediciləri meyiti deformasiyaya uğrayan avtomobildən çıxarıblar. Qəza zamanı “Niva”da olan başqa bir nəfər isə ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə ölən şəxslərin ata-bala olduğu bildirilir.
“Toyota”nın sürücüsü 1969-cu il təvəllüdlü Fərhad İsmayılov və onun qardaşı 1966-cı il təvəllüdlü Nuru İsmayılov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. “Toyota”nın sürücüsü polis əməkdaşı olduğundan faktı Göygöl rayon Prokurorluğu araşdırır.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Göygöl rayonu ərazisində “VAZ” və “Toyota” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. FHN-dən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı avtomobilin sürücüsü aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 19:20-də başa çatıb.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR

















