Prospektdə 7 maşın toqquşdu- Yaralılar var - FOTOLAR

Bakının Nizami rayonunda 7 maşının toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb. Nasir Həsənovun idarə etdiyi "Subaru" markalı maşın təmir boksundan çıxarkən arxadan gələn "VAZ 2105" markalı avtomobillə toqquşub. İdarəetməni itirən sürücü maşını bir başqa "Subaru"ya, ardınca 3 eyni markalı "Mercedes" və "VAZ 2107"ə çırpıb. Qəza nəticəsində sürücülərdən Rəşad Kərimov və hələlik kimliyi məlum olmayan sərnişini xəsarət alıb. Hadisə yerinə təcili yardım çağırılıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanaya çatdırılıblar.
Hadisə yerində Nizami rayon Polis İdarəsinin əməkdaşları işləyirlər. Qəza ilə bağlı araşdırma aparılan zaman sürücülər arasında mübahisə yaranıb. Qəza ilə bağlı yolda tıxac yarandığından hadisə yerinə Nizami Rayon Yol Polisinin əməkdaşları cəlb olunublar. Yararsız hala düşən avtomobillər evakuatorlar vasitəsi ilə cərimə meydançasına aparılıb. Daha sonra yolda nəqliyyatın hərəkəti bərpa edilib.
Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
















