Bakıda "protiv" çıxan "Niva" avtobusa çırpıldı - FOTO

Bu gün axşam Bakıda 7A marşrut xətti üzrə hərəkətdə olan 99 JH 268 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu metronun “Qara Qarayev” stansiyası yaxınlığında qəzaya uğrayıb. BNA-dan Avtosfer.az-a bildirilib ki, qəza əks yolda hərəkət edən "Niva" markalı minik avtomobilinin idarəetməni itirərək avtobusa çırpılması nəticəsində baş verib.
İlkin məlumata görə, minik avtomobili yüksək sürətlə hərəkət etdiyindən idarəetmədən çıxıb.
Hazırda qəza ilə bağlı araşdırmalar aparılır, avtobusun müşahidə kameralarının görüntüləri təhlil ediləcək.
Avtobusdakı sərnişinlər arasında xəsarət alan yoxdur.
Qeyd edək ki, bu cür qəza halları avtobusların nasaz hala düşərək müəyyən müddətə xətdən kənarda qalmasına səbəb olur. Bu isə avtobuslara tələbatın yüksək olduğu indiki vaxtda heç də arzu olunan hal deyil. Bunu nəzərə alaraq BNA sürücülərdən daha ehtiyatlı olmalarını və yol hərəkəti qaydalarına düzgün riayət etmələrini xahiş edir.
Emin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO















