Qadın sürücü ağır qəza törətdi: 11 yaşlı oğlan öldü
Qəzalar
14 Sentyabr 2014 22:57

Azyaşlı dərhal xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə sentyabrın 14-də saat 17.00 radələrində Lənkəran-Boradigah şose yolunun rayonun Vilvan kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1967-ci il təvəllüdlü Sevil Hümbət qızı Abbasova idarə etdiyi “Nissan Exstra” markalı, 99 GD 176 dövlət nömrə nişanlı minik avtomobili ilə yolu keçmək istəyən piyada, Vilvan kənd sakini, 2003-cü il təvəllüdlü Zəkəriyyə Məhəmməd oğlu Məmmədovu vurub. Azyaşlı dərhal Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisəni törətmiş sürücü saxlanılaraq istintaqa cəlb olunub. Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. APA
Oxunub : 2250
DİGƏR XƏBƏRLƏR
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
8 Oktyabr 2026 11:24
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
8 Oktyabr 2026 10:11
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
ŞƏRH YAZ












