Qadın sürücü ağır yaralandı - Bakıda

Paytaxtın Nəsimi rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA TV-yə istinadən verdiyi xəbərə görə, avtoqəza rayonun Ə. Salamzadə küçəsində baş verib. Gülnarə Əmənova idarə etdiyi "Hyundai" markali avtomobillə adıçəkilən küçə ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yolun kənarında dayanmış Vasif Məmmədova məxsus "Opel" markali avtomobilə cırpılıb. Zərbənin təsirindən qadın sürücünün idarə etdiyi nəqliyyat vasitəsi daha sonra Mais Əbdülrəhmanova məxsus "Wolkswagen" markalı avtomobilə çırpılıb. Nəticədə 25 yaşlı Gülnarə Əmənova müxtəlıf dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal 1 saylı Şəhər kliniki xəstəxanasına çatdırılıb. Hadisə yerinə dərhal Yol Patrul Xidmətinin əməkdaşları gəliblər.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












