Qadın sürücü maşını Masazır gölünə saldı

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib, avtomobil Mazasır gölünə düşüb. Avtosfer.az-ın APA TV-ə istinadən məlumatına görə, hadisə Masazır-Novxanı yolunda qeydə alınıb. Mazasır qəsəbəsi istiqamətində hərəkətdə olan “Hyundai” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində əks hərəkət zolağına çıxıb. 39 yaşlı Rüxsarə Ələsgərovanın idarə etdiyi “Hyundai” əvvəlcə Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan "Mercedes"ə çırpılıb, daha sonra isə çəpəri sındıraraq "Duzlu göl" kimi tanınan Masazır gölünə düşüb, sürücü isə xəsarət alıb. Xoşbəxtlikdən maşın göldə batmayıb və hadisə şahidləri yaralı qadın sürücünü avtomobildən çıxara biliblər. Hadisə yerinə kran gətirilib və qəzadan təxminən 2 saat sonra avtomobil göldən çıxarılıb.
Faktı Abşeron Rayon Polis İdarəsi araşdırır. İlkin məlumata görə, qəzaya “Hyundai”nin yüksək sürətlə hərəkət etməsi və idarəetmənin itirilməsi səbəb olub.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












