Qatar qəzası nəticəsində təhlükəli kimyəvi maddə sızıb

ABŞ-nin Kentukki ştatında qatarın relsdən çıxması nəticəsində təhlükəli kimyəvi maddələrin sızması baş verib.
Avtosfer.az xəbər verir ki, "ABC News" telekanalının məlumatına görə, hadisə zamanı 31 vaqon relsdən çıxıb. Vaqonlardan ən azı birindən ərimiş kükürd sızıb və ərazidə yanğın baş verib. Yanğın sonradan söndürülüb.
Bildirilib ki, maddənin yanması zamanı zəhərli qazların əmələ gəlməsi ehtimalı olub. Bu səbəbdən yaxın ərazilərdə yaşayan sakinlər üçün müvəqqəti olaraq evdən çıxmamaqla bağlı göstəriş verilib.
“Şirkət sızan kimyəvi maddənin yanma zamanı toksik ola biləcəyini açıqlayıb. Lakin hadisə yerində aparılan hava keyfiyyəti analizləri hazırda vəziyyətin təhlükəsiz olduğunu göstərib”, – deyə məlumatda qeyd olunub.
Hava nümunələrinin yoxlanılmasından sonra tətbiq edilən izolyasiya rejimi ləğv edilib.
Qeyd edək ki, daha əvvəl Kaliforniya ştatında qaz partlayışı nəticəsində altı nəfər xəsarət almışdı. Noyabr ayında isə Nyu-Meksiko ştatında neft emalı zavodunda baş verən partlayış və yanğın zamanı üç nəfər yaralanmışdı.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












