24 gün meteor yağışı müşahidə ediləcək

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Avtosfer.az-a verilən məlumata görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir.
Bildirilib ki, bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağı proqnozlaşdırılır.
Azərbaycan ərazisində Leonidləri müşahidə etmək üçün ən əlverişli dövr noyabrın 17-dən 18-nə keçən gecə saat 02:00-dan sübhədək olan müddətdir. Maksimuma yaxın saatlarda Ayın batması zəif meteorların görünməsi üçün də nisbətən əlverişli şərait yarada bilər.
Qeyd olunub ki, Leonidlər yüksək sürətləri ilə seçilir. Onların Yer atmosferinə daxilolma sürəti təxminən 71 km/s, yaxud saatda 255 min kilometr təşkil edir. Leonidlərin radiantı, yəni meteorların səmada zahirən çıxdığı nöqtə Şir (Leo) bürcündə yerləşir. Meteor yağışının adı da məhz bu bürclə əlaqədardır.
Leonidlər astronomiya tarixində güclü meteor fırtınaları ilə də tanınır. Xüsusilə 1833, 1866, 1966, 1999-2002-ci illərdə qeydə alınan intensiv hadisələr böyük elmi marağa səbəb olub.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












