Azərbaycanda AĞIR QƏZA - ÖLƏN VAR - YENİLƏNİB

Qəzalar 1 Avqust 2026 15:48
Azərbaycanda AĞIR QƏZA - ÖLƏN VAR  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Qax rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayon ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" və "Niva" markalı avtomobillər toqquşub.

Nəticədə "Niva"nın sərnişini, 12 yaşlı S.Babazadə (oğlan) hadisə yerində ölüb, həmin avtomobildə olan digər sərnişinlər - 42 yaşlı Zizə Babayeva, 5 yaşlı İsaq (oğlan), sürücü 46 yaşlı Ruslan Babayev (hamısı bir ailənin üzvüdür), həmçinin "Mercedes"in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli xəsarət alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

***14:19

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qax-Qoragan avtomobil yolunda olub.

Belə ki, hərəkətdə olan “Mercedes” və “Niva” markalı iki avtomobil toqquşub.

Nəticədə bir neçə nəfər ağır bədən xəsarətləri alaraq Təcili Yibbi Yardım avtomobili ilə Qax rayon mərkəzi xəstəxanasına çatdırılıb. Bir azyaşlının isə öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 518
ŞƏRH YAZ
Ad

E-mail

Şərh