“3783 manatı mənə ödəmək istəmirlər” - “VİVA-RİVA”dan şikayət

Bakının Xətai rayon sakini Vəfa Əhmədova işlədiyi şirkət tərəfindən əmək hüquqlarının kobudcasına pozulduğunu bildirir.
Avtosfer.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən şikyətçi iddia edib ki, çalışdığı “VİVA RİVA” mebel salonu onu qanunsuz olaraq işdən çıxarıb və 3800 manata yaxın ödənişləri həyata keçirmir:
“Keçən ilin 8 avqust tarixindən bu ilin 8 iyul tarixinədək türkiyəli iş adamı Hakan Zenginə məxsus “VİVA RİVA” mebel salonunda satıcı vəzifəsində rəsmi və faktiki olaraq gecə-gündüz demədən çalışmışam. Əmək müqaviləmdə aylıq əməkhaqqım 400 manat nəzərdə tutulsa da, qarşılaşdığım mənzərə tam bir insafsızlıq və kölə istismarı idi. Bir il boyunca şənbə və bazar günləri də daxil olmaqla, heç bir istirahət günü görmədən işlədilmişəm. Lakin əmək qanunvericiliyinin tələb etdiyi istirahət günlərindəki işə görə əlavə ödənişlərin heç biri mənə ödənilməyib. Bundan başqa, işlədiyim müddətdə nəinki haqqım olan illik məzuniyyətdən istifadə etməyimə şərait yaradılıb, hətta halal zəhmətimlə qazandığım əməkhaqqını da tam şəkildə ala bilməmişəm. Son olaraq 08.07.2026-cı il tarixində heç bir hüquqi əsas, xəbərdarlıq və rəsmi əmr olmadan, sadəcə işəgötürənin şifahi təkəbbürü ilə qapıdan çölə atılmışam. Nə istifadə etmədiyim məzuniyyətin kompensasiyası, nə də son haqq-hesabım verilib. Baş vermiş qanunsuzluqlarla bağlı, 3 783 AZN məbləğində çatacaq vəsaitin işəgötürəndən tutulması üçün aidiyyəti qurumlara müraciət etmişəm. Lakin təəssüf ki, Dövlət Əmək Müfəttişliyi Xidməti bu günə kimi bu inzibati xəta haqqında işə heç bir reaksiya vermir, prosesi uzadır. İşəgötürən Hakan Zengin açıq-aşkar bildirir ki, “Əmək Müfəttişliyi ilə münasibətləri çox yaxşıdır və ona bu haqsızlığa görə heç kim heç nə edə bilməz!”. Xahiş edirəm, bu məsələyə aidiyyəti qurumlar aydınlıq gətirsin və tədbir görsünlər”.
.jpg)
İttihamlarla əlaqədar Dövlət Əmək Müfəttişliyinə müraciət etdik. Sorğumuza cavab olaraq bildirildi ki, vətəndaş Vəfa Əhmədovanın əmək hüquqlarının pozulması ilə bağlı quruma 4 rəsmi müraciəti daxil olub: “Hazırda həmin müraciətlər əsasında Xidmət tərəfindən aidiyyəti üzrə araşdırma aparılır. Vətəndaşların bütün müraciətlərinə baxılması “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanuna əsasən, müraciətlərə ən geci 15 iş günü müddətində baxılır. Əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğuların göndərilməsi zərurəti yarandıqda isə müraciətə baxılma müddəti vəzifəli şəxs tərəfindən ən çox 30 iş günü uzadıla bilər”.
Məsələ ilə bağlı “VİVA RİVA” mebel salonunun da mövqeyini öyrəndik. Satış müdiri Ahmet Akdeniz saytımıza açıqlamasında bildirdi ki, V.Əhmədova ilk olaraq özü işdən çıxmaq istədiyini deyib: “Biz onun istəyini uyğun gördük və işdən çıxa biləcəyini söylədik. Bundan sonra Vəfa Əhmədova işdən çıxmağa dair ərizə təqdim etdi. Lakin bu ərizə mövcud vəziyyətə uyğun tərtib edilməmişdi. O, hazırda da rəsmi olaraq bizim əməkdaşımızdır. Həmçinin vətəndaşın iddia etdiyi kompenasasiya məbləği onun tələb etdiyi miqdarda deyil”.
Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü
Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi
Polis sərxoş azərbaycanlı sürücünü deportasiya etmək istədi, məhkəmə MANE OLDU
Masallıda açıq ərazidə yanğın başlayıb - VİDEO
İçərisində 3 nəfərin olduğu avtomobil yanıb - FOTO
Bu qəsəbədəki yol sürücünü özündən çıxardı: “10 ildir asfalt vurulmur” - VİDEO
Şamaxıda qorunan ziyarətgahdakı antisanitar vəziyyət aradan qaldırıldı - VİDEO
Keçmiş ər arvadının 1,6 milyonluq maşınını oğurladı: Cinayət işi açıldı – FOTOLAR
Kiberpolis əməliyyat keçirdi; yüzlərlə vətəndaşı aldadan şəxslər saxlanıldı - VİDEO
Sabirabadda avtoxuliqanlığı təbliğ etdi - Saxlanılıb cərimələndi
Tiktoker "Murad sadə" həbs edildi










