Qaydanı pozdu, piyadanı vurub öldürdü və qaçıb gizləndi - Maştağada

Bakı ŞəhərProkurorluğuvə Baş Polisİdarəsiikigünöncə paytaxtərazisində piyadanınölümü ilə nəticələnənyolqəzası ilə bağlı məlumatyayıb. Bakı Şəhər Prokurorluğundan avtosfer.az saytına verilən məlumata görə, paytaxtın Sabunçu rayonunun hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən isti izlərlə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin olunub. Belə ki, aprelin 12-də saat 16 radələrində rayonun Maştağa qəsəbəsində naməlum avtomobilin yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada Kərimov Yaqub Rauf oğlunu vurub hadisə yerindən qaçması və sonuncunun ağır xəsarət alması faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin sürücülük vəsiqəsi olmadan «Renault-Tondar» markalı «99-GB-456» dövlət qeydiyyat nişanlı avtomobili idarə edən 1991-ci il təvəllüdlü Həsənov Taleh Məzahir oğlu tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhə yarandığından, o, aprelin 13-də tutularaq istintaqa cəlb olunub. Hadisə nəticəsində xəsarət almış zərərçəkmiş Y.Kərimovun xəstəxanada ölməsi faktına görə cinayət işi həmin Məcəllənin 263-1.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Nurlan
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO
Bakıda "Hyundai" "Mercedes"ə çırpıldı - Sürücü öldü










