Qayınata maşını ağaca çırpdı, gəlini öldü

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında yolun 178-ci kilometrliyində, Ağsunun Külüllü kəndi ərazisində qeydə alınıb. Göyçay rayonunda məskunlaşan Laçın rayon sakini 1964-cü il təvəllüdlü Behbudov Mehman Kamil oğlu idarə etdiyi 10-NA-751 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü Mehman Behbudov və oğlunun həyat yoldaşı 1983-cü il təvəllüdlü Behbudova Xatirə Xəqani qızı ağır xəsarətlərlə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Xatirə Behbudova aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












