Qəza keçirən şəxslərə hansı hallarda əlillik dərəcəsi verilmir? – Rəsmi AÇIQLAMA

Bir çox hallarda qəza keçirərək ağır zədə almış şəxslər əlillik dərəcəsi ala bilmir. Bu problemlə bağlı redaksiyamıza da çoxsaylı müraciətlər daxil olur.
Bəs, qəza keçirən şəxslərə əlillik dərəcəsi hansı hallarda verilir?
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovun Bizim.Media-ya açıqlamasında bildirib ki, Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən əlilliyin qiymətləndirilməsi elektron qaydada aparılır. Əlillik qiymətləndirilərkən yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsas götürülür. Göndərişin tərtib edilməsi üçün vətəndaş ilk növbədə qeydiyyatda olduğu yaşayış yeri üzrə tibb müəssisəsinə (poliklinikaya) müraciət etməlidir.
Göndəriş rəsmiləşdirildikdən sonra elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində Əlillik altsisteminə ötürülür. Göndəriş altsistemə daxil olduqdan sonra göndərişi verən tibb müəssisəsinin, bu göndərişi təsdiq edən şəxsləri və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır.
Adsızlaşdırılmış göndərişlər dərhal altsistem tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə Tibbi-sosial ekspert komissiyasına (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) elektron şəkildə göndərilir. Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır”.
Qurum rəsmisi bildirib ki, tələblər uyğun olmadığı halda əlilliyinin qiymətləndirilməsinə dair Əlillik Altsisteminə daxil edilən göndəriş səhiyyə müəssisəsinə geri göndərilir, yəni, müraciətə imtina cavab verilir:
“İlk növbədə göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda, bundan başqa forma 88-in natamam doldurulması (tibbi-sosial ekspertiza üçün əhəmiyyətli olan məlumatlar, diaqnostik, instrumental müayinələrin nəticəsi, XBT(xəstəliklərin beynəlxalq təsnifatı kodu) kodlarının yanlış göstərilməsi, vətəndaşın indiyədək aldığı stasionar və ambulator müalicələr barədə məlumatlar qeyd edilmir), eyni zamanda müraciət edən şəxsin əlavə müalicə və müayinəyə ehtiyacı olduğu hallarda əlillik təyinatı aparılmır”.
Tural Qurbanov onu da vurğulayıb ki, Tibbi-sosial ekspertiza müayinəsini şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi halda əyani yoxlanış keçirilir və şəxsə əlillik dərəcəsi verilə bilir:
“Mövcud qanunvericiliyə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir”.
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ











