Qəza törədən sürücü qaçdı; maşından polis forması çıxdı - VİDEO

Ötən gecə Bakıda sürət həddinin aşılması yol qəzasına səbəb olub. APA TV-nin məlumatına görə, Binəqədi rayonu ərazisində, Azadlıq prospekti ilə hərəkətdə olan "Nissan" markalı avtomobil sürücünün nəzarətindən çıxaraq əvvəlcə səkilərə çırpılıb. Sürətin yüksək olması minik avtomobilinin daha sonra yamaca dırmanmasına səbəb olub. Tarazlığı pozulan "Nissan" elə oradan yolun ortasına aşıb. Maşını çevrilmiş vəziyyətdə qoyan sürücü hadisə yerindən uzaqlaşıb.
Əraziyə cəlb olunan Yol Patrul Xidminin əməkdaşları maşına baxış keçiriblər. Məlum olub ki, avromobildə polis uniforması var. Amma maşını kimin idarə etdiyini dəqiqləşdirmək mümkün olmayıb. Qəzaya uğrayan avtomobil hadisə yerindən təxliyə edilib və cərimə meydançasına qoyulub.
Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsində faktla bağlı araşdırma aparılır. Hadisə yerindən uzaqlaşan sürücünün müəyyənləşdirilməsi üçün tədbirlər görülür.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












