Qəza törədən sürücülər arasında dava: 3 nəfər yaralandı

Bakının Nərimanov rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Avtosfer.az-ın APA TV-yə istinadən verdiyi xəbərə görə, qəza zamanı Xeyrulla İbadovun idarə etdiyi "Opel"lə Taleh Orucovun idarə etdiyi "VAZ 2106" toqquşub. Qəza zamanı "Opel"in sürücüsü və "VAZ 2106" da olan iki sərnişin xəsarət alıb. Qəzadan sonra sürücülər arasında mübahisə düşüb. Taleh Orucov dəmir alətlə Xeyrulla İbadovun boğaz nahiyəsinə vuraraq onu yaralayıb. Yaralılar təcili yardım vasitəsi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıblar. Xəstəxanaya sərxoş halda gələn Taleh Orucov isə deyilənlərlə razılaşmayıb. Sərxoş olduğunu etiraf edən Xeyrulla İbadovun sözlərinə görə, qəzadan sonra heç nədən xəbəri olmayıb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO















