QHT sədri qəza törətdi, ölən var - YENİLƏNİB

Samuxda ağır yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Samux şəhəri ərazisində “Düldül” ziyarətgahı adlanan yerdə baş verib.
“Opel” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yolda hərəkət edən at arabasına çırpılıb. Arabada olan orta yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Həyatını itirən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Qəzada həyatını itirən şəxslə hadisəni törətməkdə şübhəli bilinən sürücünün kimliyi məlum olub.
Hadisənin rayon sakini, “Vətənpərvərlər” İctimai Birliyinin sədri Məhərrəm İsmayılovun idarə etdiyi “Opel” markalı avtomobillə törətməsi müəyyənləşib.
Qəzada həyatını itirən şəxs isə araba ilə odun daşıyan Sərkar kənd sakini 72 yaşlı Əsgərov Elmay Məmməd oğludur.
Araşdırmalar davam etdirilir.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB











