Bakıya sərnişin daşıyan mikroavtobus aşdı: Ölən və yaralananlar var - FOTO
Qəzalar
24 Avqust 2020 18:23

Qobustan rayonunun Mərəzə qəsəbəsində sərnişin daşıyan mikroavtobusun aşması nəticəsində bir nəfər ağır xəsarət alıb. Bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva məlumat verib.O bildirib ki, yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, qəza nəticəsində bir nəfər ölüb: “Mercedes Vita”markalı, 90 XP 790 dövlət qeydiyyat nişanlı mikroavtobus Qaxdan Bakı istiqamətində hərəkətdə olub. Yolda yağışın yaratdığı sürüşmə nəticəsində idarəetməni itirib və beton arakəsməyə çırpılaraq aşıb. Hadisə nəticəsində Qax rayon sakini, 1996-cı il təvəllüdlü qadın başı daşa dəyərək həyatını itirib”.
×××
Qobustan rayonu ərazisində yol qəzası baş verib. Məlumata görə, hadisə rayonun Mərəzə qəsəbəsi ərazisində baş verib. Bakıdan Zaqatalaya gedən "Mercedes Vito" markalı mikroavtobus hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı beton dirəyə çırpılaraq aşıb. Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən 1 nəfər dünyasını dəyişib, 2 nəfər isə ağır xəsarət alıb. Xəsarət alanlar Qobustan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən və yaralananlar Zaqatala rayon sakinləridir.
Məlumata görə, hadisəyə səbəb yağışlı hava şəraiti olub. Güclü yağış nəticəsində yol sürüşkən olduğundan sürücü dönmə əməliyyatını düzgün aparmadığından idarəetməni itirərək avtomobili aşırıb.
Faktla bağlı araşdırma aparılır. (Trend)


Oxunub : 12828
DİGƏR XƏBƏRLƏR
15 Oktyabr 2026 15:06
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
15 Oktyabr 2026 14:06
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
15 Oktyabr 2026 13:30
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
15 Oktyabr 2026 12:11
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
15 Oktyabr 2026 10:00
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
ŞƏRH YAZ













