Qonaq getdilər, avtomobil kanala aşdı

Gəncə şəhər sakini Qax rayonu ərazisində yol qəzası törədib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə sentyabr ayının 10-u axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Qax rayonu Tasmalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə şəhər sakini 53 yaşlı Vahid Mustafayev idarə etdiyi “Mitsubishi” markalı, 20 CV 186 dövlət nömrə nişanlı avtomobillə Şəki rayonu istiqamətində hərəkətdə olarkən yolun kənarında dayanmış VAZ-2106 markalı, 10 DA 976 dövlət nömrə nişanlı avtomobili vurub. Qəzadan sonra idarəetməni itirən V. Mustafayev avtomobili yolun kənarındakı kanala aşırıb. Qəza nəticəsində sürücü xəsarət almasa da, onun həyat yoldaşı, 51 yaşlı Cəmilə Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.
Qax RMX-dan verilən məlumata görə, qəzaya nəticəsində xəsarət alan C.Mustafayevanın bədəninin müxtəlif yerlərində əziklər aşkarlanıb, müalicəsi cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-stabil qiymətləndirilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.
Qeyd edək ki, qəzaya düşən ailə Qax rayonunun Zəyəm kəndində qonaq olublar. Hadisə Gəncə şəhərinə qayıdarkən baş verib.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












