Quba-Xaçmaz yolunda atı vurub qaçdı - FOTOLAR

Quba- Xaçmaz yolunda avtomobil qəzası baş verib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Quba-Xaçmaz yolunun 11-ci km-də maşın at sürüsüylə toqquşub. Nəticədə 1 at hadisə yerində ölüb, sürücü isə qaçıb. Qəza barədə Quba RPŞ-dən bildirilib ki, bu kimi hadisələrə tez-tez rast gəlmək olur: “Hər ilin bu vaxtlarında at sahibləri atlarını çöllərə başla-başına buraxır. Magistral yollara çıxan atlar avtomobillərə xeyli ziyan vurub. Ötən il təkcə Quba-Xaçmaz yolunda 6 eyni hadisə baş verib. 6 at ölsə də, atların sahibləri səslərini çıxarmırlar və bilirlər ki, at sahibləri günahkardır. Burada ziyan görən avtomobil sahibləridir. Belə qəzalar da gecə saatlarında baş verir. Yol qaranlıq olur, at ilxısı isə yolu keçir və atların gözlərinə yolda işıq düşəndə at avtomatik yolda dayanır. Həmin an avtomobil sürücüsü atı vurur. At sahiblərini də tapmaq qeyri-mümkündür. Burada maraqlı məqam isə nə at sahibi şikayətçidir, nə də ki ziyan görmüş avtomobilin sahibi».
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO















