Qubaya yasa gedənlərin maşını aşdı: 5 yaralı

Bu gün günorta saatlarında Bakı-Quba-Rusiya yolunda minik maşını aşıb. Anspress-in verdiyi məlumata görə, hadisə yolun 94,8-ci km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Kəmalə Faiq qızı Nəcəfovanın idarə etdiyi “Nissan Tiida” markalı, 90 BP 208 dövlət nömrə nişanlı avtomaşın yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə 5 nəfər olub. Onlar müxtəlif dərəcəli xəsarətlər alblar. Xəsarət alan sürücü, eləcə də, onun sərnişinləri 1955-ci il təvəllüdlü Valentina Beleqasova, 1988-ci il təvəllüdlü Aynurə Hadıyeva, 1956-cı il təvəllüdlü Səbirə Novruzova və 2003-cü il təvəllüdlü Xanlar Həmidov Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Baş Dövlət Yol Polis İdarəsinin təhqiqatçısı Rauf Səfərovun verdiyi məlumata görə, maşın texniki nasazlıq ucbatından aşıb. Avtomobilin təkərində problem olub.
Qeyd edək ki, avtomobildə olanlar Bakıdan Qubaya yas mərasiminə gedirmişlər.
Faktla bağlı araşdırmalar aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












