Banner

Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların FOTOSU - YENİLƏNİB

Qəzalar 3 Noyabr 2026 20:08
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların FOTOSU   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Rusiyanın Orenburq vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsində həlak olan azərbaycanlılar - Elməddin Abışov və Rasət Ocaqverdiyevin fotolarını təqdim edirik.

Oxu.Az mərhumların fotolarını əldə edib.

Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu

Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu

***

Rusiyada iki azərbaycanlı yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Moskva-Çelyabinsk magistral yolunun 1 230-cu kilometrliyində, Severnı rayonunda baş verib.

İlkin məlumata görə, "Ford Focus" markalı avtomobilin sürücüsü ötmənin qadağan olunduğu yerdə qarşı hərəkət zolağına çıxaraq yük maşını ilə toqquşub.

Nəticədə avtomobilin sürücüsü hadisə yerində həyatını itirib. Sərnişin isə təcili tibbi yardım avtomobilində xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı polis əməkdaşları araşdırma aparırlar.

 

FOTO QALEREYA
Oxunub : 184
ŞƏRH YAZ
Ad

E-mail

Şərh