Sabiq polis avtomobillə Daxili Qoşunların əsgərini vuraraq öldürdü

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə zamanı sabiq polis serjantı Vaqif Novruzov avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış Daxili Qoşunların əsgəri Rövşən Alxasovu vurub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə noyabrın 6-da Sabunçu rayonu ərazisində baş verib:
“Sabiq polis serjantı Vaqif Novruzov idarə etdiyi “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış DQ-nin əsgəri Rövşən Alxasovu vurub. O, dərhal xəstəxanaya yerləşdirilib və həkimlərin səyinə baxmayaraq orada vəfat edib”.
DİN rəsmisi sürücülərə müraciət edib:
“Hər birimiz - istər sürücü, istər piyada, istərsə də sərnişin olaraq avtomobil yollarında məsuliyyətimizi dərk etməliyik. Heç kimə sirr deyil ki, günümüzdə insan itkilərinin baş verməsinin ən böyük səbəblərindən biri də məhz yol qəzalarıdır. Sürücülər sükan arxasında olan zaman ehtiyatlı olmalıdırlar”.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











