Şagird dəhşətli qəza törətdi: ölən və xeyli yaralı var

Ağstafada ağır yol nəqliyyat qəzası baş verib. Avirsfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün saat 17 radələrində rayonun Ağstafa-Köçəsgər yolunun Vurğun qəsəbəsi ərazisində baş verib. Ağstafa rayon sakini, 10-cu sinif şagirdi, 16 yaşlı Orxan Ömərli atasına məxsus “VAZ 21011” markalı avtomobili yüksək sürətlə idarə edərkən maşını yolun kənarında olan qəsəbənin adının əks olunduğu dirəyə çırpıb. Qəza nəticəsində maşında sürücü də daxil olmaqla 5 məktəbli, Ağstafa şəhər sakinləri, 14 yaşlı Kənan Əliyev, 13 yaşlı Elşad İsmayılov, 16 yaşlı Şahin Əsgərov və Dağ Kəsəmən kənd sakini 11-ci sinif şagirdi Yusif Salıfov ağır xəsarətləri ilə Ağstafa Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində ağır bədən xəsarətləri alan Dağ Kəsəmən kənd sakini Yusif Salıfov dünyasını dəyişib. Digər yaralıların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Ağstafa rayon Polis şöbəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












