Salyanda AĞIR QƏZA: Ölən və yaralanan var - YENİLƏNİB

Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücünün vəziyyəti açıqlanıb.
Salyan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilir ki, baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2007-ci il təvəllüdlü şəxs (kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə 11.03.2026-cı il tarixində saat 00:30-da hospitalizasiya olunub.
Ona başın təpə nahiyəsinin, sağ qulağın açıq yarası, döş qəfəsinin səthi travması, sağ diz qapağının çıxığı və üzün əzilməsi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.
Ailə üzvləri tərəfindən pasiyentin digər tibb müəssisəsinə aparılacağı bildirildiyindən, o, öz istəyi əsasında tibb müəssisəsindən buraxılıb./oxu.az
***09:24
Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Şörsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hadisə zamanı KIA markalı avtomobil anidən idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində Goranboy rayon sakini 1994-cü il təvəllüdlü Namaz Qurban oğlu Babayev hadisə yerində ölüb. 2007-ci il təvəllüdlü Nahid Sadiq oğlu Orucsoy müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım aldıqdan sonra vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO
Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var - FOTO
Qadın sürücü avtobusa yol verməyib qəza törətdi; digərini təhqir etdi - VİDEO - FOTO
Bakıda dəhşətli qəza: “Lada” yük maşınının altında qaldı - VİDEO












