Salyanda «Kamaz» qoyunları biçdi
Qəzalar
28 Dekabr 2014 23:11

Xeyli xırdabuynuzlu heyvan tələf olub; 3 min manatlıq ziyan var
Salyanda baş verən yol qəzasında çoxlu sayda xırdabuynuzlu heyvan tələf olub. Avtosfer.az xəbər verir ki, APA-ya Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, axşam radələrində Ələt-Astara magistral yolunun 77-ci kilometrliyində Salyan rayonunun Dayıkənd kəndi ərazisində qeydə alınıb. Qaradağ rayonunun Qobustan qəsəbəsinin sakini Rəcəb Nəbiyevin idarə etdiyi "Kamaz" markalı yük maşını Bakı istiqamətində hərəkətdə olarkən örüşdən qayıdan qoyun sürüsü qarşısına çıxıb. Nəticədə Dayıkənd sakini, Elxan Bəşirovun təsərrüfatına məxsus 12 baş qoyun tələf olub, 2-si isə yaralanıb, ümumilikdə 3 min manata yaxın maddi ziyan dəyib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Oxunub : 1773
DİGƏR XƏBƏRLƏR
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
8 Oktyabr 2026 11:24
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
8 Oktyabr 2026 10:11
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
ŞƏRH YAZ












