Salyanda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO
Qəzalar
2 May 2022 22:54
Oxunub 1596

Salyanda yük və minik avtomobilləri toqquşub.
Avtosfer.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara yolunun 54-ci km-də, Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, qəza nəticəsində "Qazel" markalı yük avtomobili ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılar Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














