Şamaxıda maşın aşdı: ölən və yaralanan var

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə sentyabrın 18-də, gecə saat 00:20 radələrində yolun 128-ci kilometrliyində, Şamaxının Mirikənd kəndi ərazisində qeydə alınıb. Bakı sakini, 1968-ci il təvəllüdlü Muradov Ədalət Qaçay oğlunun idarə etdiyi 99-GP-484 dövlət nömrə nişanlı “NAZ Lifan” markalı minik maşını sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü Ədalət Muradov müxtəlif bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Avtomobildəki sərnişin -Ucar sakini 1970-ci il təvəllüdlü Hüseynov Nemət Əlövsət oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə kömək üçün çağırılan FHN-nin Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-qəza xilasetmə qrupunun üzvləri müxtəlif kəsici alətlərdən istifadə edərək avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsləri çıxararaq aidiyyatı üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












