Şəhərdə iki piyadanı naməlum avtomobil vurdu

Fevralın 18-də axşam saatlarında Gəncədə bir-birinin ardınca iki piyadavurma hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisələrdən biri Xaqani küçəsində baş verib. Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Naməddin Mirzəyev yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı bədənin müxtəlif nahiyələrinin sınığı diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Digər bir hadisə isə şəhərin şərq girişində, Nizami Gəncəvi küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Samit Mirzəyev naməlum avtomobil tərəfindən vurulub. Yaralı müxtəlif bədən xəsarətləri ilə Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Həkimlər hər iki xəstənin vəziyyətinin orta ağır olduğunu bildirirlər. Hər iki fakt üzrə Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












