Şəhid ailəsi qəzaya düşdü - 5 nəfər yaralandı - FOTO

Şəhid ailəsi Cəbrayılda qəzaya düşüb, yaralılar var. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gün Camal İsgəndərovun idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza zamanı sürücü C.İsgəndərov, onun anası Səkinə İsgəndərova, həyat yoldaşı Ramilə İsgəndərova, qızı İlkanə Lətifova və yaxın qohumları Aysaba adlı şəxs müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlara ilkin yardım göstərdikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, Camal İsgəndərovun qardaşı Mübariz İsgəndərov 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. Oğlu İsgəndərov İlkin Camal oğlu isə 44 günlük Vətən müharibəsi zamanı Füzuli rayon Cuvarlı kəndi istiqamətində şəhid olub.
Fotoda: Solda-Mübariz İsgəndərov, sağda- İlkin İsgəndərov
.jpg)
Əlavə edək ki, ailə üzvləri M.İsgəndərovun Qubadlı rayon Hacılı kəndindəki asılmış lövhəsini və şəhid olduğu yeri ziyarətə gedərkən qəzaya düşüblər.
Faktla bağlı araşdırma aparılır.

Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO












