Səki ilə gedən avtobusun əyləci xarab imiş? – AÇIQLAMA - VİDEO

“Əhmədli” metrosu və Zığ qəsəbəsi üzrə hərəkət edən 183 saylı avtobuslardan birinin əyləcinin xarab ola-ola idarə edilməsinə dair məlumatlar yayılıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Görüntülərdə sürücünün avtobusu yoldan kənarda, səki ilə sürməsi əks olunub. İddia edilib ki, buna səbəb ictimai nəqliyyat vasitəsinin əyləcinin xarab olması olub.
Məsələ ilə bağlı 183 saylı marşrut xətti üzrə daşıyıcı şirkət “Bus Trans” MMC-nin direktoru Qalib Salahov sorğumuza cavab olaraq bildirib ki, hadisə barədə araşdırma aparılıb:
“Bununla bağlı bizi AYNA-ya dəvət etdilər. Gedib izahat verdik. Hadisə avtobusun qarşısına qəfil avtomobil çıxması səbəbindən baş verib. Sürücü qəzadan yayınmaq üçün boş olan səkiyə çıxıb. Nəticədə xəsarət alan olmayıb. Yaşıllığa və yol nişanına bir qədər zərər dəyib ki, bu da tərəfimizdən həll ediləcək”.
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO











