Şəkidə 3 maşın toqquşdu - VİDEO

Şəkidə üç avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, hadisə 20 yanvar küçəsindəki yol ayrıcında qeydə alınıb. Abdullazadə İsmayıl Şükrət oğlunun idarə etdiyi 55 BX 400 dövlət nömrə nişanlı Ford markalı minik avtomobili öndə hərəkətdə olan, Xəlilov Ülfət İzzət oğlunun idarə etdiyi 55 BO 686 dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobilə, bu avtomobil də öz növbəsində öndə Əhmədov Famil Sübhanəli oğlunun idarə etdiyi 45 BF 803 dövlət nömrə nişanlı Opel markalı avtomobilə dəyib. Əraziyə dərhal yol polisi əməkdaşları gəlib, qəzanın baş vermə səbəblərini dəyərləndiriblər. Qəzada xəsarət alan olmasa da, hər üç avtomobilə ziyan dəyib. İlkin ehtimala görə, hadisə VAZ 2106-nın manevr qaydasını pozması nəticəsində qeydə alınıb. Fakt araşdırılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












