Şəkidə ağır qəza, 4 yaralı var - FOTOLAR

Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
"Report"un məlumatına görə, Qəbələ rayon sakini 1991-ci il təvəllüdlü Samir Mahir oğlu Ramazanlının idarə etdiyi "Khazar" markalı avtomobillə Şəki rayon sakini Ceyhun Mustafayevin idarə etdiyi "Hyundai" markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza zamanı avtomobillərdə olan dörd nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Yaralılardan üç nəfərə xəstəxanada ambulator müalicə göstərildikdən sonra evə buraxılıblar. Bakı sakini, 1984-cü il təvəllüdlü Aytəkin Qafıl qızı Qasımovanın müalicəsi isə xəstəxanada davam edir.
Faktla bağlı araşdırma aparılır.
***
Bu gün Şəkidə ağır qəza baş verib. “Qafqazinfo”nun məlumatına görə, hadisə Şəki-Oğuz yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub, nəticədə dörd nəfər ağır bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.



Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












