Şəkidə avtomobillər toqquşub, xəsarət alan var

Şəkidə iki minik avtomobili toqquşub, xəsarət alan var.
Hadisə günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində baş verib.
Şəki şəhəri sakini Məmmədzadə Xəyal Aydın oğlu idarə etdiyi “Nissan Sunny” markalı 99 XE 397 dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz rayonundan Şəki şəhəri istiqamətində hərəkətdə olarkən Şəki şəhəri sakini İskəndərov Fariz Kamran oğlunun idarə etdiyi “Vaz-21214” markalı 55 BR 141 dövlət qeydiyyat nişanlı avtomobili sol arxa hissəsindən vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “Vaz-21214” markalı avtomobilin sərnişini 1999-cu il təvəllüdlü, Şəki şəhəri sakini Yusibova Nübar Etibar qızı Şəki Rayan Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./apa
Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var - FOTO
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır











