Sərxoş halda qəza törədən sürücüyə AĞIR CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Yaqub Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kolegiyasının qərarı ilə Y.Həsənov 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qeyd edək ki, hadisə keçən il iyulun 31-də Maştağa-Buzovna yolunda, Albalılıq adlanan ərazidə qeydə alınıb. “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşını yol kənarındakı işıq dirəyinə çırpıb. Nəticədə avtomobildəki sərnişin hadisə yerində dünyasını dəyişib. Qəzadan sonra avtomobil alışmağa başlayıb. Ərazidə olan sakinlərin köməkliyi ilə avtomobil söndürülüb, yaralı sürücü və ölən sərnişinin meyiti avtomobildən çıxarılıb.
Daha sonra "VAZ 21011" markalı naməlum avtomobil hüquq-mühafizə orqanları əməkdaşlarının gəlişini gözləmədən meyiti və yaralı şəxsi hadisə yerindən uzaqlaşdırıb. Xəzər rayon Polis İdarəsinin əməkdaşları meyitin və yaralı sürücünün axtarışlarına başlayıblar. Aparılan araşdırmalardan sonra sürücü və sərnişinin şəxsiyyətini dəqiqləşdirmək mümkün olub. məlum olub ki, qəzaya düşən avtomobili 45 yaşlı Yaqub Həsənov idarə edirmiş.
O da bəlli olub ki, Y.Həsənov nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edirmiş və hadisə yerindən yayınarkən də spirtli içkinin təsiri altında olub.
Azərbaycan vətəndaşı Türkiyədə qəzada öldü - FOTO
Qala qəsəbəsində avtomobil qatarla toqquşdu - VİDEO - YENİLƏNİB
“Hyundai” yük maşınına çırpıldı - Xəsarət alan var - VİDEO - YENİLƏNİB
Qəzadan qaçmaq istəyən sürücü maşını kanala saldı - VİDEO
Bakı-Qazax yolunda yük avtomobili aşıb - ANBAAN VİDEO
Manevr qaydasını pozan taksi sürücüsü qəza törədib - VİDEO
İdarəetmədən çıxan “Hyundai” betona çırpılıb tanınmaz hala düşdü - VİDEO
Prospektdə zolağı kor-koranə dəyişən sürücü "Chevrolet"i vurdu - REAL VİDEO
Qəbələdə “VAZ” və “Renault” toqquşdu - VİDEO
Gürcüstanda ağır qəza: Azərbaycan vətəndaşı yaralandı
Tanınmış aparıcının bloqer qızı qəzaya düşdü - FOTO








