Sərxoş sürücü qəza törədib qaçdı; maşın bu hala düşdü - FOTOLAR

Bakıda sərxoş sürücü qəza törədib. APA-nın məlumatına görə, hadisə Xətai rayonundakı körpüdə baş verib. “90 SC 899” dövlət nömrə nişanlı "BMW"ni idarə edən və hələlik kimliyi məlum olmayan sürücü yüksək sürətlə körpünün aşağısındakı tuneldən geri dönmək istəyib. Yol kənarında beton maniyəni gözdən qaçıran sürücü qəza törədib. Hadisə nəticəsində avtomobilin ön hissəsi tamamilə yararsız hala düşüb. Sürücü isə, hadisə yerinə yol patrul xidmətinin əməkdaşlarının yaxınlaşdığını görərək cəld qaçıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza törədən sürücü sərxoş olub. O, qəzadan sonra taksiyə əyləşərək hadisə yerini tərk edib. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. Dərhal Xətai Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları qəza törədərək qaçan sürücünün axtarışına başlayıblar. Avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
















