“Shacman”ı sənədsiz sürən sürücü avtobusu və çörək maşınını əzdi - VİDEO

Dünən günorta saatlarında paytaxtın Heydər Əliyev prospekti, hava limanı istiqamətində 3 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib. ANS-in məlumatına görə, hadisə zamanı dönmə əməliyyatını düzgün aparmayan “Shacman” markalı yük maşınının sürücüsü idarəetməni itirərək avtomobilini yolun sağındakı çörək daşıyan “Qazel" markalı maşına çırpıb, zərbənin təsirindən nəqliyyat vasitəsi özündən sağdakı 204 saylı sərnişin avtobusuna dəyib. Qəza zamanı xəsarət alan olmasa da hər üç maşına ciddi ziyan dəyib. Hadisə şahidlərinin sözlərinə görə, “Shacman” markalı yük maşınının sürücüsü nəqliyyat vasitəsini sənədsiz idarə edib və yol hərəkət qaydalarını da naşı olduğu üçün pozub. Yük maşınının sürücüsü isə deyilənləri təkzib edib. Amma yük maşınında olan Elnur Şirəliyev onun yerinə cavab verdi: “204 saylı “Otoyol” markalı sərnişin avtobusu hərəkət etmirdi. Bu an avtobusun arxasından “Qazel” markalı avtomobil çıxdı. Nəticədə yük maşını “Qazel”lə toqquşdu”.
Qəza zamanı zərbənin təsirindən aşan “Qazel” markalı nəqliyyat vasitəsinin sürücüsü Miryasəf Fəttahov hadisə anını belə xatırlayır: “Shacman” markalı yük maşınının sürücüsünün heç bir sənədi yoxdur. Mən başa düşə bilmirəm ki, bu maşını sənədsiz idarə etməyə kim icazə verib”. Hadisə baş verən zaman 204 saylı avtobusda sərnişin olmayıb. Avtobus sürücüsü də qəzanın “Shacman”ı idarə edənin səhlənkarlığı səbəbindən baş verdiyini deyir. Zəncirvari qəza şəraitinə görə yolda sıxlıq yarandı. Hətta, bu sıxılıqda növbəti qəza da qaçılmaz oldu. Daha bir yük maşını minik maşını ilə toqquşdu. Həmin müddətdə isə 3 nəqliyyat vasitəsinin toqquşma səbəblərini araşdırmaq üçün əraziyə Yol Patrul Xidmətinin müfəttişləri cəlb olundu. Hadisə yerində müayinələr aparıldıqdan sonra, yolda hərəkət tənzimləndi. Daha sonra qəza törədən nəqliyyat vasitələri ərazidən uzaqlaşdırıldı və yolda digər avtomobillərin normal hərəkəti bərpa olundu.
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










