Şirvanda avtomobil sərxoş piyadanı vurub
Qəzalar 29 İyul 2021 09:15 Oxunub 1518
Şirvanda avtomobil sərxoş piyadanı vurub

Şirvan şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Həşimov İlham İslam oğlu sərxoş vəziyyətdə yolu keçmək istəyən zaman avtomobil onu vurub.

Sürücü piyadanı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh