Şirvanda yol qəzası: iki qardaşdan biri öldü

Şirvanda baş verən yol qəzasında iki qardaşdan biri ölüb. Avtosfer.az xəbər verir ki, Şirvan şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, ötən gecə saat 22.15 radələrində Şirvan şəhəri H.Əliyev prospektində ağır yol qəzası baş verib. Şirvan sakini, 1985-ci il təvəllüdlü Şirməmmədov Məhəbbət Şamil oğlu idarə etdiyi “VAZ 21013” markalı 18 BA 313 dövlət nömrə nişanlı avtomobillə digər Şirvan sakini, 1976-cı il təvəllüdlü Hümbətov Rafiq Nurbaba oğlunun idarə etdiyi “Ford Tranzit” markalı 90 GA 161 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ 21013” markalı avtomobilin sürücüsü və avtomobildə olan qardaşı -1990-cı il təvəllüdlü Şirməmmədov Cəmil Şamil oğlu hər ikisi ağır kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Sürücü aldığı bədən xəsarətlərindən bu gün səhər saatlarında dünyasını dəyişib. İkincinin vəziyyəti ağır olduğundan Bakı şəhəri neyrocərrahiyyə mərkəzinə aparılıb. Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












