Siyəzəndə yük maşını aşıb, sürücü ölüb
Qəzalar
15 Sentyabr 2020 15:32
Oxunub 1736

Bu gün Siyəzən rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə Siyəzən-Alxanlı yolunda qeydə alınıb. Şabran rayon sakini, 1985-ci il təvəllüdlü Ramin Nəcəfovun idarə etdiyi yük maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.
Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













