Şou göstərmək istədi, amma... - VİDEO

Şou göstərmək istədi, az qala həyatından olacaqdı. Braziliyada bir motosiklet sürücüsünün əylənmə həvəsi onu ölümlə üz-üzə qoyub. Hərəkətdə olan motosiklet üzərində ayağa durmağa çalışan adrenalin həvəskarı, müvazinətini itirərək, nəqliyyat vasitəsinin altına yıxılıb.
Avtosfer.az atv-az-a istinadən xəbər verir ki, dəhşətli qəza elə baykerin dostları tərəfindən anbaan görüntülənib. Hər şey planlaşdırıldığı kimi davam etsəydi, qorxusuz gənc hərəkətdə olan motosiklet üzərində, Rio-de Janeyronun rəmzinə çevrilən "xilaskar İsa" heykəli kimi dayanacaqdı. Amma, gəncin ümidləri suya, özü isə motosikletin altına düşüb. Xoşbəxtlikdən arxadan gələn digər motosikletlər yerdəki adrenalin həvəskarını tapdalamayıb.
Braziliya mediyasının məlumatına görə, məsuliyyətsiz gəncin, ilk cəhdini yolda şütüyən nəqliyyat vasitələri arasında, saatda 90 km sürətlə hərəkət edən motosiklet üzərində gerçəkləşdirmək istəməsi ağılsızlıqdır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












