Şumaxerin oğlu qəzaya düşdü

Mixael Şumaxerin 15 yaşlı oğlu Mik Almaniyada “Formula-4” yarışları çərçivəsində keçirilən test gedişində qəzaya uğrayıb. Avtosfer.az Rusiya mətbuatına istinadla xəbər verir ki, 15 yaşlı Mik Şumaxerin avtomobili saatda 160 kilometr sürətlə hərəkət edərkən idarəetmədən çıxaraq trasdan kənara düşüb. Qəza zamanı gənc pilotun xəsarət almadığı bildirilir. Min Cunior və ya kiçik-Mik ləqəbləri ilə tanınan oğul Şumaxer “Formula-4” yarışlarında dekabrın axırlarında debüt edib. O özünün ilk test gedişi seriyalarını Valensiyadakı trasda keçirib. Mart ayının əvvəllərində isə 15 yaşlı sürücü Niderlandın “Van Amersfort” komandası ilə müqavilə imzalayıb. Eyni zamanda, onun atası - “Formula-1” yarışlarının yeddiqat çempionu Mixael Şumaxer bir il bundan əvvəl Alp dağlarında xizəklə sürüşərkən keçirdiyi qəza nəticəsində aldığı ağır kəllə-beyin travmasından sonra bərpa prosesini davam etdirir. KİV-lərin məlumatına əsasən, həkimlərin xərci və lazımi tibbi avadanlıqların icarəsi tanınmış idmançının ailəsinə həftədə 100 min funt-sterlinqə başa gəlir.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












