Sumqayıtda dərəyə aşan avtomobilin sürücüsü xəstəxanada ölüb

Sumqayıtda dərəyə aşan avtomobilin sürücüsü xəstəxanada ölüb, cinayət işi açılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 26-sı saat 18:30 radələrində Bakı-Quba yolunun şəhər ərazisindən keçən hissəsində yerləşən zavodların birinin qarşısında qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Rzalı Toğrul Şahin oğlu idarə etdiyi "Audi A3" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə maşın dərəyə aşıb, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün xəstəxanaya yerləşdirilib. Oktyabrın 30-da Toğrul Rzalı aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
"Report"
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu












