Sumqayıtda məhşur məmurun nəvəsi ağır qəza törətdi - FOTO

Sumqayırda yüksək sürət ağır qəzaya səbəb olub.
Avtosfer.az xəbər verir ki, hadisə səhər saatlarında Sülh prospekti ilə Koroğlu küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, sürücü 2005-ci il təvəllüdlü Hüseynzadə Hüseyn İlham oğlu yüksək sürətlə idarə etdiyi BMV markalı 99 XC 915 dövlət nömrə nişanlı minik avtomobilini əvvəlcə 10 nömrəli 50 AE 809 dövlət nömrə nişanlı sərnişin avtobusuna çırpıb. Qəza səbəbindən avtobus aşıb. Daha sonra yol kənarında dayanan Opel markalı minik avtomobilinə dəyib.
Xoşbəxtlikdən avtobus boş olub. Hadisə zamanı xəsarət alanlar isə dərhal Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisənin ilginc tərəfi isə qəzanı törədən şəxsin kimliyidir. Belə ki, araşdırma zamanı məlum olub ki, səhər saatlarında ağır qəza törədən şəxs Hüseynzadə Hüseyn İlham oğlu Sumqayıt Şəhər Məhkəməsinin eks hakimi Zeyqəm Hüseynovun nəvəsidir.
Şahidlərin sözlərinə görə, Hüseyn Hüseyzadə saatda 150 ilə avtomobili idarə edib və qaydaları kobud şəkildə pozaraq qəza törədib. Həmçinin qəza törətdiyi avtomobilin üzərində dövlət nömrə nişanı olmayıb.
Faktla bağlı araşdırma aparılır.








(DEN.AZ)
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR












