Sürücülər qəzadan sonra müstəntiqin yanında dalaşdılar - VİDEO

Aeroport yolunun Sabunçu rayonu ərazisindən keçən hissəsində "Mercedes" markalı iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "report"a istinadən xəbər verir ki, şəhərdən üzü Mərdəkan istiqamətində hərəkət edən "Mercedes 190" markalı avtomobilin sürücüsü qəfil dönmə əməliyyatı edərək yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyib. Bu zaman nəqliyyat vasitəsi yolun sağ hissəsində hərəkətdə olan digər "Mercedes"in yoluna çıxıb və qəza baş verib. Zərbənin təsirindən hər iki avtomobil yol kənarındakı dəmir səkiyə çırpılıb. Daha sonra nəqliyyat vasitələri yanacaqdoldurma məntəqəsinin ərazisindəki reklam lövhəsinə zərər yetirib. Qəza nəticəsində sərnişin Lalə Orucova xəsarət alaraq xəstəxanaya çatdırılıb. Hadisədən sonra sürücülər arasında mübahisə düşüb. Onlar polis əməkdaşları tərəfindən sakitləşdirilıb. Daha sonra qəzaya səbəb olan maşının sürücüsü hadisə yerindən qaçmaq istəyərkən polislər buna imkan verməyiblər.
Sürücülər sərxoşluq müayinəsindən keçirilmələri üçün tibb məntəqəsinə aparılıblar. Sürücülərin izahatları alınandan və ekspertizaların rəyi məlum olandan sonra hadisənin dəqiq başvermə səbəbləri məlum olacaq.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
















